Yuxarı

Baş prokuror İntihara cəhd edənə söz verdi - III yenilənmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş prokuror İntihara cəhd edənə söz verdi - III yenilənmə

12:39

"Mən bilmirəm bu vəziyyətdə nə etmək lazımdır. Bir tərəfdən düşünürəm ki, insanların bu cür davranışı kütləvi hal almağa başlayar deyə, getmək lazım deyil. Digər tərəfdən də getməsəm, özünü körpüdən atmaq ehtimalı məni qorxudur. Əgər belə bir şey olsa, ömür boyu vicdan əzabı çəkərəm".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva özünü "Koroğlu" metrosu yaxınlığındakı körpüdən atmaq istəyən şəxsin deputatı köməyə çağırması ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, vicdan əzabı çəkməmək üçün hadisə yerinə gedir:

"Hazırda Masazır qəsəbəsindəyəm və hadisə yerinə gedirəm. Başqa yolum yoxdur, sonra vicdan əzabından yaşaya bilmərəm".

Qeyd edək ki, bu cür hadisə daha əvvəl də baş verib və deputat hadisə yerinə gedərək məsələni həll edib.

13:53

Millət vəkili Qənirə Paşayeva özünü "Koroğlu" metrosunun yaxınlığındakı körpüdən atmaq istəyən Fəqan Nəsirovu fikrindən daşındıra bilib.

Əməkdaşımızın verdiyi məlumata görə, hazırda tıxacda olan və hadisə yerinə çata bilməyən Qənirə xanım Fəqan Nəsirovla telefon əlaqəsi saxlayaraq, ondan aşağı düşməsini və onu gözləməsini xahiş edib.

Məlumata görə, artıq intihar etmək istəyən Fəqan Nəsirov millət vəkilinin sözləri ilə razılaşıb və FHN xilasediciləri tərəfindən aşağı düşürülüb.

14:08

Hadisə yerində olan əməkdaşımızın Axar.az-a verdiyi məlumata görə, Baş prokuror Zakir Qaralov intihar etmək istəyən şəxsi qəbul etmək istədiyini bildirib.

Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanı əməkdaşları Fəqan Nəsirovu Zakir Qaralovun görüşünə aparırlar.

Millət vəkili Qənirə Paşayeva da görüşdə iştirak etmək üçün Baş Prokurorluğa getdiyini bildirib.

Xatırladaq ki, Fəqan Nəsirov hazırda Zərdabın icra başçısı olan Lütfəli Babayevin Mingəçevir rayonunun icra başçısı olarkən ondan 65 min dollar pul aldığını və hələ də qaytarmadığını iddia edir.

15:10

Əməkdaşımızın verdiyi məlumata görə, intihar etmək istəyən Fəqan Nəsirov hazırda Baş prokuror Zakir Qaralovun qəbulundadır. Baş prokuror ona şikayətinin araşdırılacağını söz verib.

Görüşdən əvvəl isə millət vəkili Qənirə Paşayeva S.Nəsirova deyib ki, əgər Prokurorluğun araşdırmasından narazı qalsa, onunla əlaqə saxlayıb problemlərinin həllində yardımçı ola bilər.

Tarix
2014.08.21 / 15:10
Müəllif
Tural Qurbanlı, Faiq Balabəyli
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili

İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı

Bayramov Omana getdi: Səfirlik açılır...

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla