Yuxarı

Biləsuvarda "jurnalist" yaxalandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda dələduzluqla məşğul olan "jurnalist" saxlanılıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı jurnalist yaxalanıb. Məlum olub ki, əslən Yardımlı rayonundan olan Bakı şəhərində yaşayan 1967-ci il təvəllüdlü Abbaszadə Fikrət Şükürağa oğlu müxtəlif vaxtlarda Biləsuvar eləcə də digər qonşu rayonlarda vətəndaşları aldadaraq işə düzəltmək , pozulmuş hüquqların bərpa etmək və boşanmış ailələrə hüquqi yardım göstərmək adı altında onlardan müxtəlif vaxtlarda pul alaraq mənimsəyib. Lakin onun törətdiyi cinayət əməllərinin üstü Biləsuvar sakininin polisə mürüciətindən sonra açılıb.

Saxlanılarkən Fikrət Abbaszadənin üzərində qəzetlərdən birində müxbir kimi çalışması, eləcə də insan hüqüqlarının müdafiəsi ilə bağlı təşkilatlarıdan birinin əməkdaşı olmasına aid vəsiqə də olub. Saxlanılan "jurnalist" dindirilmə zamanı törətdiyi son cinayət əməlinə maraqlı don geyindirməyə də çalışıb.

Qeyd edək ki, Fikrət Abbaszadə əvvəllər də törətdiyi eyni cinayət əməlinə görə 4 il məhkumluq həyatı yaşayıb. Onun oxşar əməllərindən zərər çəkən şəxslərin Biləsuvar rayon Polis şöbəsinə müraciət etmələri xahiş olunur.

Tarix
2014.08.24 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla