Yuxarı

"Anlamıram: bu cür düşünənlər nə iş görür?"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Anlamıram: bu cür düşünənlər nə iş görür?"

"Kimlərsə Ukraynada baş verən hadisələri Azərbaycan diasporunun zəifliyi kimi dəyərləndirirsə, bu cür adamların siyasətdən ümumiyyətlə anlayışı yoxdur. Mən başa düşə bilmirəm ki, bu cür düşünənlər nə ilə məşğul olur? Azərbaycan diasporu bu cür məsələlərdə hələ ki, söz sahibi olmasa da, Ukraynada diasporumuzun fəaliyyəti kifayət qədər güclüdür. Təbii ki, əgər Ukrayna ərazi bütövlüyünə qarşı təxribatlarla üzləşirsə, o zaman bu ölkənin vətəndaşları olan soydaşlarımız, o cümlədən Azərbaycan diasporu dövlətin yanında olur. Bunu Ukraynadakı diaspora nümayəndələrimiz də zaman-zaman bəyan ediblər".

Axar.az xəbər verir ki, bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Publika.az-a geniş müsahibəsində dilə gətirib.

Azərbaycanın Ukrayna və Gürcüstanda diaspor fəaliyyəti barədə danışan komitə sədri daha sonra Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) fəaliyyətinə münasibət bildirib. Quruma rəhbərlik edən Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun fəaliyyətinin bütün çalarları ilə göz qabağında olduğunu vurğulayan N.İbrahimov onun işini neqativ qiymətləndirib:

"Xoşagəlməyən haldır ki, Azərbaycan hökumətinin üzvü olan, Azərbaycan hökumətində formalaşmış bir adam indi də gedib Rusiyada Azərbaycan əleyhinə iş aparsın. Bu, yaxşı hərəkət deyil. Faktiki olaraq indi də əgər Abbas Abbasovun bu cür əməlləri varsa, o zaman o, bu əməlindən geri çəkilməlidir".

Tarix
2014.08.26 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

Uşaqların İran və ifrat dini simvollara cəlb edilməsi... - Deputat

Dövlətimə inanıram, problemin həll olunacağını düşünürəm

AKP YAP-a sözünü X-lə niyə deyir, YP ilə səhv salır?

İranda qızlar başını necə bağlayır? - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla