Yuxarı

Yeni nazir pomidor istixanasında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgələrə səfəri çərçivəsində Kənd Təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitki mühafizə, Aqrokimya və Toxumçuluq laboratoriyalarına baxış keçirib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, nazirə rayonda yerləşən və pomidor yetişdirilən istixananın istehsal gücü barədə məlumat verilib.

Bildirilib ki, istixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətədavamlı məhsul çıxarılmasına imkan verir.

Kompleksdə ilkin olaraq faraş pomidor əkilir. Məlumat verilib ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə olunur. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınıb. İstehsal olunan tərəvəz məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur. Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir.

Tarix
2018.05.22 / 12:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla