Yuxarı

Bərdədə tozlu çörəklər küçəsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə tozlu çörəklər küçəsi - Foto

Bərdənin ərzaq dükanlarında baş alıb gedən antisanitariya əhalini hərəkətə gətirib.

Bir qrup vətəndaşın Axar.az-a ünvanladığı şikayət məktubunda şəhərin bir çox ərzaq dükanlarında ərzaqın, xüsusi ilə də çörəyin antisanitariya şəraitində insanlara satıldığı bildirilib.

Adının çəkilməsini istəməyən rayon sakinləri bu halın hər gün təkrarlandığını bildirir: "Rayon mərkəzinə gedən 26-lar küçəsində bir çox ərzaq dükanlarında insanlara toz-torpağa bulanmış çörək satılır. Belə ki, hər gün səhər saat 7-8 radələrində çörək maşını dükanlara çörək paylayır. Lakin dükanlar həmin vaxt bağlı olduğuna görə, çörəklər yolun qırağına qoyulur. Ərzaq dükanları açılana qədər açıq havada qalan çörəklər yoldan şütüyən maşınların tozanağında qərq olur".

Sakinlərin sözlərinə görə, yaxınlıqda orta məktəb yerləşdiyindən övladları bu çörəyi yeməyə məhkumdur: "Hər gün bu yolu gedib-gəlirik. Yaxınlıqda məktəb yerləşir. Özümüzü düşünmürük. Uşaqlarımız hər gün bu çörəyi yeyir. Üstündə bir qalaq toz olan çörəyi yeyən uşaq necə sağlam ola bilər?".

Aidiyyəti orqanlara dəfələrlə müraciət etdiklərini qeyd edən şikayətçilər problemin həll olunmadığını, bu halın getdikcə daha çox təkrarlandığını bildirib.

Mövzuya yenidən qayıdacağıq.

Tarix
2014.08.27 / 08:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

Misir Mərdanovdan nazirin qərarına reaksiya

DB buna görə Bakıya 410 milyon ayıracaq

Rusiyadan İrəvan və Bakıya “mesaj”: Nikol tələsməlidir

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü

MM-dən bəyanat: Korsika xalqının əzmi, qətiyyəti...

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla