Yuxarı

Bakıda evlərin qiyməti bahalaşacaq - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşınmaz əmlak bazarında aylıq qiymət artımı bazarın, demək olar ki, bütün seqmentlərini əhatə edib.

Bunu Oxu.az-a açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, ilkin mənzil bazarında qiymətlər 3,98 faiz, təkrar mənzil bazarında 3,44 faiz, torpaq bazarında 1,06 faiz, mənzil kirayəsi bazarında 0,39 faiz, kommersiya obyektləri bazarında 4,44 faiz artıb.

Ötən ilin aprel ayı ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 0,87 faiz azalıb:

“2017-ci ilin aprel ayı ilə müqayisədə təkrar mənzil bazarında qiymətlər 2,28 faiz, kommersiya obyektləri bazarında 10,88 faiz azalıb. Eynilə ilkin mənzil bazarında 0,27 faiz, torpaq bazarında 7,01 faiz, mənzil kirayəsi bazarında 2,43 faiz artım müşahidə olunub. Kommersiya obyektlərinin icarəsi bazarında qiymətlər dəyişməz qalıb”.

Ekspert deyib ki, aylıq bahalaşma qeydə alınsa da, ilin əvvəli ilə müqayisədə qiymətlər stabilləşib.

Qarşıdakı aylarda bazarda qiymət artımlarını istisna etməyən mütəxəssis bildirir ki, ilin sonuna qədər atım 10 faiz təşkil edəcək.

O bazarda aktivliyin əvvəlki aylarla müqayisədə bir qədər artdığını söyləyib.

Neftin bazar qiymətinin yüksəlməsinin daşınmaz əmlak bazarına təsirlərinə gəlincə, N.İbrahimov deyir ki, neftin qiyməti ilə daşınmaz əmlak bazarında asılılıq var:

“Bu asılılıq, yəni neft bazarındakı proseslər daşınmaz əmklak bazarına altı ay müddətində təsir edir. Daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barel/kv.m ətrafındadır. Hazırda daşınmaz əmlak bazarında qiymətlər bu göstəricidən aşağıdır. Bu səbəbdən artım qaçılmazdır”.

Qeyd edək ki, dünya bazarlarında 1988, 1998 və 2008-ci illərdə neft birjalarında müşahidə edilən qiymət böhranı özünü digər sahələrlə müqayisədə daha çox daşınmaz əmlakın qiymətlərində büruzə verdi. Hətta baxmayaraq ki, 1999-2000-ci illərdə Azərbaycanın neft istehsalı hələ aşağı səviyyədə idi və yenə də dünya birjalarında neftin qiymətində baş verən tənəzzül Bakı şəhərində daşınmaz əmlakın qiymətlərini iki dəfəyə yaxın endirdi.

Son 20 ildə daşınmaz əmlakın və neftin orta qiymət dəyişməsi təxminən 22 barel/kv.m ətrafında olub. Bu illər ərzində ən yüksək göstərici 1998-ci ilin əvvəlində 41,4 barrel/kv.m, ən aşağı hədd isə 1995-ci ildə 8,8 barel/kv.m olub.

Aparılan müşahidələr onu göstərir ki, neft birjalarında qiymətlərin davamlı dəyişməsi 5-7 ay gecikmə ilə daşınmaz əmlakın qiymətlərində özünü əks etdirir. Bu səbəbdən mənzil sahibi olmaq istəyənlər bir qədər tələsməlidirlər.

Tarix
2018.05.23 / 17:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla