Yuxarı

“Bakcell”dən əlillər arasında futzal turnirinə dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”nə dəstək göstərib.

Axar.az xəbər verir ki, 18-22 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən “Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları iştirak edib.

Turnirin nəticəsində birinci yeri “Azəri” komandası, sonrakı yerləri müvafiq olaraq “Şimşək” və “Zirvə” kollektivləri tutub. “Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, “Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi Fərəcli (“Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.

“Bakcell” şirkəti 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir.

Özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Bakcell” Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.

Tarix
2018.05.24 / 10:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla