Yuxarı

Sürücülük vəsiqələri dəyişir: Hansı yeniliklər olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda istifadə etdiyimiz sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən nümunələrə uyğun deyil. Vəsiqələrlə bağlı hazırlanan yeni layihə bu və bu kimi digər problemləri aradan qaldıracaq.

Bu sözləri Axar.az-a hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov sürücülük vəsiqələri ilə bağlı qanunda ediləcək dəyişiklik barədə danışarkən deyib.

Ə.Hüseynov bildirib ki, layihə qəbul edilib qüvvəyə mindikdən sonra sürücülük vəsiqələri tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək:

“Layihə istifadə etdiyimiz sürücülük vəsiqələrində məlumatların sıralanma ardıcıllığının pozulması və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilməməsi problemini həll edəcək.

Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib.

Məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrisiklləri, D1 16-yadək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçün nəzərdə tutulub”.

Ə.Hüseyov bildirib ki, layihənin maraqlı məqamlarından biri də trisikl və kvadrisikllərin hüquqi statusunun aydınlaşmasıdır:

“Yeni nümunəli sürücülük vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər də olacaq. Məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik “Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd və sair kimi əhəmiyyətli məlumatlar da olacaq”.

Qeyd edək ki, sürücülük vəsiqələri üçün hazırlanan layihənin növbəti ilin əvvəllərində həyata keçirilməsi gözlənilir.

Tarix
2018.05.25 / 11:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla