Yuxarı

Bələdiyyə sədri qəzada dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda yük və minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb.

Axar.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 27-də Bakı-Qazax younun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində vətəndaşlara məxsus "Kamaz" markalı yük abtomobili və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sahibi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq saat 23:00-da aidiyyətı üzrə təhvil veriblər.

TTV xəbər verir ki, Bakı-Qazax yolunda, Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində "Kamaz" markalı yük maşını ilə "Mitsubishi" markalı avtomobilin toqquşması nəticəsində "Mitsubishi"nin ölən sürücüsü Tovuz rayon Əlimərdanlı kənd bələdiyəsinin sədri Abbas İbrahimov olub. O, aldığı ağır xəsarətlərindən elə hadisə yerindəcə keçinib. "Kamaz"ın sürücüsü, Əlibəyli kənd sakini İlqar Gülməmmədov isə yüngül xəsarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. "Kamaz"ın sürücüsünün dediyinə görə, hadisə "Mitsubishi"nin onun yoluna çıxması nəticəsində baş verib.

Hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol Patrol Xidmətinin əməkdaşları araşdırma aparır.

Tarix
2014.08.28 / 11:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla