Yuxarı

Sentyabrda istilər nisbətən azalacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sentyabrda istilər nisbətən azalacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sentyabr ayına olan hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 19-24, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 33-35 dərəcəyədək isti) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 16-21, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 16-21 dərəcə, gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 34-37 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-37 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Tarix
2014.08.29 / 18:28
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla