Yuxarı

İrandan gətirilən narkotik bu rayonlara daxil olur – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Park İnn” oteldə "Gənclər arasında narkomanlığa qarşı mübarizənin gücləndirilməsi" mövzusunda konfrans keçirilib.

Axar.az xəbər verir ki, baş nazirin müavini, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının sədri Əli Həsənov tədbirdə çıxış edərək, bu gün narkomaniya ilə bağlı ölkədə kifayət qədər milli qanunvericilik və hüquqi bazanın yaradıldığını deyib:

"Parlament bu istiqamətdə 29 zəruri qanun qəbul edib. Bununla yanaşı Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşulub. 1961-71-88 ci illərdə ölkəmiz əvvəl narkotik maddələrin ,daha sonra psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə konvensiyalarına qoşulub. Bu gün Azərbaycanın sürətli inkişafı narkotik maddələrin dövrihyəsi ilə məşğul olan mafiyaların diqqətini ölkəyə yönəldir. Lakin milli qanunvericilik və beynəlxalq konvensiyalar çərçivəsində görülən iş bu cür qanunsuz dövriyyələrin qarşısını alır".

Ə.Həsənov onu da əlavə edib ki, son illər Dövlət Gömrük Komitəsi, DİN, DTX, DSX və digər müvafiq qurumlar tərəfindən bu istiqamətdə təhlükəsizlik tədbirləri son dərəcə artırılıb:

"Görülən tədbirlər nəticəsində bu ilin 5 ayı ərzində qanunsuz dövriyyədən 1 ton 400 kq-a yaxın narkotik maddə götürülüb. Onlardan 700 kq Gömrük Komitəsi, 560 kq isə DİN tərəfindən saxlanılıb. Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Regionda xüsusilə 90 % Əfqanıstan marşrutları vasitəsilə daxil olan narkotik maddələrdir. Regionda İrandan xüsusilə cənub bölgəsinin 5 rayonuna - Astara, Lənkəran, Cəlilabad, Biləsuvar, Masallıya narkotik maddələr daxil olur. Regionlar daxilində isə Cəlilabad və Şirvandan narkotik maddələr daxil olur".

Çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov narkomaniyanın qarşısının alınmasında gənclərin asudə vaxtının səmərəli təşkili, onların kütləvi sürətdə idmana cəlb edilməsinin olduqca vacib olduğunu deyib:

"Nazirliyimiz tərəfindən narkomaniya qarşı mübarizə çərçivəsində və sağlam həyat tərzinin təbliği sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Sağlam həyat tərzinin təbliği, gənclərin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsi ölkəmizin sağlam gələcəyi üçün önəmlidir. Həyata keçirilən tədbirlər olduqca geniş kütləni əhatə edir. Bu gün narkomaniyaya qarşı mübarizə sahəsində dövlət tərəfindən atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Lakin bu sahədə fəaliyyət davam etdirilməli və daha da genişləndirilməlidir. Gənclər və İdman Nazirliyi bu istiqamətdə məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirəcək".

Sonda müsabiqə qalibləri mükafatlandırılıb. Publika.az saytının əməkdaşı Könül Soltanova 1-ci yeri tutub.

Tarix
2018.06.25 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla