Yuxarı

Xırdalan partlayışı: Bacı-qardaş öldü - Şok/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalan partlayışı: Bacı-qardaş öldü - Şok/Yeniləndi

15:00

Xırdalanda partlayış baş verən verən binanın dağıntıları altında qalan 3 nəfərin tezliklə çıxarılması mümkün olmayacaq.

Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu barədə Abşeron polisindən bildirilib:

"Hazırda binada xilasetmə işlərinin aparılması mümkün deyil. Panellərə əl vurulsa, bütün bina çökə bilər. Bu isə həm dağıntılar altında qalanların, həm də xilasedicilərin həyatı üçün təhlükə törədər".

FHN-nin nümayəndələri də bildiriblər ki, binanın ətrafında xilasetmə işlərinin aparılması üçün şərait yoxdur.

Dağıntılar altında qalan şəxslərin bir ailədən olduğu təsdiqlənib. Bildirilir ki, Məharət Abbasov, bacısı Kifayət Abbasova və qızı Aydan Abbasova hələ də dağıntılar altındadır, ailənin xanımı Könül Abbasova isə Sumqayıt xəstəxanasına yerləşdirilib.

Aznews.az-ın verdiyi məlumata görə, hadisə yerində olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov digər 3 şəxsin dağıntılar altından təcili şəkildə çıxarılması üçün əraziyə əlavə texnikanın dərhal cəlb edilməsi barədə göstəriş verib.

Qeyd edək ki, bu gün səhər saat 7 radələrində Xırdalanda yaşayış binası baş verən partlayış nəticəsində dağılıb. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.

***

Publika.az-ın əməkdaşının verdiyi məlumata görə, xilasedicilər bu dəqiqələrdə dağıntılar altından Məharət Abbasovun meyitini çıxarıblar.

***

Fövqəladə Hallar Nazirliyi partlayışla bağlı növbəti məlumat yayıb.

Məlumata görə, hal-hazırki vaxta qədər xəsarət almış 9 nəfər və vəfat etmiş 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumata görə, dağıntılar altından meyiti çıxarılanlardan biri İfayət Abdullayevadır.

Tarix
2014.09.08 / 17:53
Müəllif
Ruhiyyə Daşsalahlı
Digər xəbərlər

Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi

Bəxtiyar Vahabzadənin övladları İlham Əliyevə məktub yazdı

Ceyhun Bayramov Ərgüc Kələntərli ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Vardanyanın Bakıdan İrəvana zəngi: Oğluna nələr dedi...

Ceyhun Rəhmanova MOK-da yeni vəzifə verildi

İstanbulla İrəvan arasında müntəzəm uçuşlara başlanılır

Bakcell Media Savadlılığı Konfransının innovasiya tərəfdaşıdır

Bayramov missiyası başa çatan Andreyevanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla