Tarif Şurası avtobuslarda gediş haqqlarının artırılması
ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Şuranın mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Virtualaz.org saytına bildirib ki, Nəqliyyat
Nazirliyi qiymətlərin artırılması üçün Tarif Şurasına rəsmi
müraciət etməyib. Lakin Bakıətrafı qəsəbələrə işləyən marşrutlarda
məsafəsinin dəyişməsi ilə əlaqədar avtobuslarda qiymətlər də
dəyişib.
Belə ki, qiymətlər məsafəyə uyğun olaraq yenidən
müəyyənləşdirilib. Buna görə də avtobusda gediş haqqının
artırılacağı ilə bağlı məlumatlar yayılıb.
Xatırladaq ki, Tarif Şurası "Ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma
xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" 26 aprel, 2013-cü
il tarixli, 1 saylı qərara dəyişiklik edib.
Qərara görə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15,
16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32,
33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49,
50, 51, 52, 53, 54, 55, 56, 57, 58, 59, 60, 61, 62, 63, 64, 65, 66,
67, 68, 69, 70, 71, 72, 73, 74, 75, 76, 77, 78, 79, 80, 81, 82, 83,
84, 85, 86, 87, 88, 89, 90, 91, 92, 93, 94, 95, 96, 97, 98 və 99
saylı marşrutlarında qiymət 20 qəpik,
şəhərətrafı və qəsəbələrarası marşurutda isə 1 km-dən 15 km-dək
(15 km daxil olmaqla) 111, 113, 118, 119, 133, 135, 138, 142, 143,
144, 145, 148, 156, 158, 159, 162, 170, 174, 178, 190, 198, 202,
204, 206, 208, 209, 210, 213 və 216 saylı marşrutlarında 20
qəpik,
15 km-dən 25 km-dək olan 102, 104, 105, 106, 108, 109, 110, 116,
117, 120, 121, 124, 125, 129, 131, 132, 134, 137, 139, 146, 147,
151, 153, 154, 155, 161, 163, 165, 166, 167, 168, 169, 176, 177,
179, 180, 181, 182, 183, 184, 185, 186, 188, 189, 191, 193, 199,
201, 203, 205, 214, 215 və 217 saylı marşrutlarda 25 qəpik,
25 km-dən 30 km-dək olan (30 km daxil olmaqla) 103, 112, 114,
123, 127, 128, 130, 140, 152, 160, 173, 175, 192, 207 və 211 saylı
marşrutlarda 30 qəpik,
30 km-dən 40 km-dək olan 100, 107, 126, 136, 141, 149, 157, 172,
194, 196, 197, 200 və 212 saylı marşrutlarda 35 qəpik,
40 km-dən 45 km-dək (45 km daxil olmaqla) 101, 164 və 171 saylı
marşrutlarda 50 qəpik,
45 km-dən 50 km-dək (50 km daxil olmaqla) 187 saylı marşrutda 70
qəpik,
50 km-dən yuxarı gediş məsafəsi olan 115, 122, 150 və 195 saylı
marşrutlarda 80 qəpik müəyyənləşdirilib.
Abbas Əliyev oktyabrın 1-dən əlavə qiymət artımının olmayacağını
qeyd etdi.