Yuxarı

Azərbaycan şəhərində işsizlik: durum nə yerdədir? - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 4 ildə əyalətdə məşğulluq səviyyəsi ilə bağlı açıqlanan rəqəmlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözləri Ərdəbilin millət vəkili Rza Kərimi işsizlik səviyyəsi və problemin aradan qaldırması üçün ayrılan vəsait haqda əsassız statistik məlumatların yayılmasına etiraz edərkən deyib. O, açıqlanan statistik məlumatların mənbəyinin dəqiq olmadığını qeyd edib:

“Kəndlərdə məşğulluq tədbirləri və bu işlər üçün verilən kreditlərlə bağlı yayılan statistik məlumatlar dəqiq deyil, ona görə də İctimai Rifah, Əmək və Kooperasiya İdarəsi bu məsələyə yenidən baxmalıdır. Ümumiyyətlə, son 4 ildə əyalətdə məşğulluq səviyyəsi ilə bağlı açıqlanan rəqəmlər həqiqəti əks etdirmir. Hesab edirəm ki, bu sahədə məlumatlar reallığa uyğun şəkildə hazırlanmalıdır”.

Ərdəbilin digər millət vəkili Südeyif Bədri də Ərdəbil əyalətinin məşğulluq üzrə işçi qrupunun İranın Əmək nazirinin iştirakı ilə keçirdiyi iclasda işsizlik probleminə diqqət çəkib və iqtisadi və ictimai vəziyyətin yaxşı olmadığını dəfələrlə dilə gətirib:

“Dövlət rəsmilərinin işsizlik səviyyəsinin aşağı düşməsi ilə bağlı rəsmi açıqlamaları yanlış məlumatdan başqa heç nə deyil və reallığı əks etdirmir. Bütün bunlar yanlış statistik məlumatlar quraşdırmağa bənzəyir. Əyalətdə məşğulluqla bağlı heç bir müsbət dəyişiklik hiss olunmur”.

Tarix
2018.07.17 / 17:46
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvanla alınmadı: Rusiya Tiflisə girir - Vasadze

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla