Yuxarı

Moskvada azərbaycanlı şirkət rəhbəri həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva ətrafının Mıtişinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti "Elman Qrup”un başçısı Elman Paşayev barəsində iki aylıq həbs qərarı verib.

Axar.az İnterpress.az-a istinadən xəbər verir ki, o, zorla pul qoparmaqda şübhəli bilinir.

İstintaqın versiyasına görə, E.Paşayevin müştərisi keçmiş moskvalı, amma hazırda ABŞ vətəndaşı olan Svetlana Tverskayadır.

2015-ci ildə S.Tverskaya barəsində, Moskvanın mərkəzində iki boş yaşayış binasına reyder basqınında ittiham üzrə beynəlxalq axtarışa elan edilmişdi. 2017-ci ildə o, Birləşmiş Ərəb Əmirliklərində saxlanılmış və Rusiyaya ekstradisiya edilmişdi. 2018-ci ilin fevralında E.Paşayev məhkəmənin, müştərisi barədə həbs qərarını ev dustaqlığına dəyişdirməsinə nail olmuşdu. Sonra hüquqşünas "Dolqi.ru” portalının yaradıcısı Pavel Daşevskiyə, guya Tverskaya ilə bağlı məsələdə sözünün arxasında dayanmadığı üçün, təzyiqlər göstərməyə başlayıb və ondan 230 min dollar tələb edib. Elə bu tələblə də polisə müraciət edib və nəticədə zorla pul qoparmada şübhəli bilinərək saxlanılıb.

KİV iddia edir, bu, Elman Paşayevin fiqurantı ola biləcək yeganə iş deyil. Hüquq-mühafizə orqanlarında qalmaqallı hüquqşünasın keçmiş müştərilərindən daxil olan çoxlu ərizələr var.

Şikayətçilər E.Paşayevi ittiham edirlər ki, o öz xidmətləri üçün yüksək qonorarlar götürürdü — qiymətlər 5 milyon rubldan başlayırdı, amma o, işləri udmurdu.

Çoxsaylı şikayətlərə (müştəriləri aldatdığına, onlara yalan vədlər verdiyinə, KİV-də həqiqətə uyğun olmayan informasiyalar yaydırdığına, dələduzluğa və s.) görə E.Paşayevi üç dəfə vəkil statusundan məhrum ediblər. Nəticədə hüquqşünas "Elman Qrup”u yaradıb və onun rəhbəri kimi fəaliyyət göstərməyə başlayıb.

Tarix
2018.07.20 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla