Yuxarı

İstirahət günləri hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda istirahət günlərinin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırılır ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 26-31, dağlıq rayonlarda isə 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılıb ki, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti əsasən yağmursuz keçsə də, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 29-34 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırılıb ki, yaxın 2 gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 28-32 dərəcə isti təşkil edəcək.

Tarix
2018.07.20 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla