Yuxarı

Krımda Artur Rasizadənin atasını axtarırlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krımda Artur Rasizadənin atasını axtarırlar

Azərbaycanın Baş naziri Artur Rasizadənin atası Tahir Rasizadə İkinci Dünya Müharibəsi vaxtı Krımda itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə Krımdakı Azərbaycan Cəmiyyətinin rəhbəri Rahim Hümbətov məlumat verib.

"Kiçik leytenant Rasizadə Tahir Məmməd oğlu Krım cəbhəsində bölük komandiri olub. Gərgin döyüşlər zamanı 1942-ci ilin fevralında itkin düşüb. Cəbhədəki çətin vəziyyət əksər hərbçilərin sonrakı taleyini müəyyənləşdirməyə imkan vermirdi, ona görə də onlar itkin düşmüş kimi qeydiyyata alınırdılar", - Hümbətov deyib.

Frontovoye kəndində bir neçə rəsmi qardaşlıq məzarı var, lakin onların soyadları qeyd olunmayıb.

Hümbətovun sözlərinə görə, müharibə vaxtı ölən əsgərlərin şəxsiyətinin müəyyənləşdirilməsi üçün ekspedisiya təşkil olunacaq.

"Krımın faşistlərdən azad olunması uğrunda minlərlə azərbaycanlı iştirak edib. Biz ümid edirik ki, bu xoşməramlı işlə məşğul olan könüllülər adsız qəhrəmanlarmızın adlarını müəyyən edəcəklər", - Hümbətov bildirib.

Tarix
2014.09.15 / 17:41
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla