Yuxarı

"Unibank" 38 filialı ilə xidmətinizdə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Unibank" 38 filialı ilə xidmətinizdə

"Siz evinizə ən yaxın olan "Unibank" filialına müraciət edə bilərsiniz".

İndi "Unibank"a zəng edən müştərilərə bankın ünvanı belə izah edilir. Filial şəbəkəsini genişləndirməklə müştərilərinə daha da yaxın olmağı əsas prioritetlərindən seçən bank, istər paytaxtda, istərsə də bölgələrdə geniş xidmət şəbəkəsinə malikdir. Respublikamızın şimalından cənubuna, qərbindən şərqinə "Unibank" filialları geniş bir coğrafiyada fəaliyyət göstərir. İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

"Unibank" filiaları pərakəndə kreditlərlə yanaşı, kiçik və orta biznesin maliyyələşdirilməsini də həyata keçirir. Bundan başqa, filiallarda fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Real sektora diqqətini günü-gündən artıran "Unibank" ilk dəfə olaraq, yalnız bizneslə məşğul olan müştərilər üçün ixtisaslaşdırılmış filial açıb. Qara Qarayev" biznes-filialı, kiçik və orta bizneslə məşğul olan müştərilərin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Bankın daha 2 filialı - "Baksovet" və "Dərnəgül" filialları da xidmət təyinatını dəyişərək, bundan sonra yalnız iş adamlarına xidmət göstərəcək. Məqsəd bankın ölkənin iqtisadi inkişafına töhfəsini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Feysbuk səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Tarix
2014.09.25 / 11:54
Müəllif
Axar.az
Digər xəbərlər

BMT-nin Azərbaycandakı müvəqqəti rezidenti bu şəxs olacaq

İranla Rusiyanın təzyiqi və Əliyevin cavabı!

Azərbaycanın sayəsində 100 milyon dollar qənaət edəcəyik

Çin Maduronun oğurlanmasından çox narahatdır

Prezidentin açıq mesajı: Nə ultimativ, nə müdafiə...

Xəzərin dibi ilə optik kabelin çəkilişi nə vaxt bitir?

ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Vətən müharibəsi veteranı Ukraynada döyüşdə öldü

Əgər bunu istəyiriksə, islahatlara getməliyik - Prezident

Prezident işdən çıxarılan başçıdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla