Yuxarı

Şirkət aşağı qiymətə satılıb, araşdırma olacaq - Prokuror

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksi ölkənin şimal-qərbində ən önəmli şirkət və iqtisadi müəssisələrdən biridir. İlkin araşdırmalara görə, onun qiyməti 2700 milyard tüməndən çoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Güney Azərbaycanın Ərdəbil əyalətinin prokuroru Nasir Ətəbati Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinin aşağı qiymətə özəlləşdirilməsi haqda deyib. O bu məsələni xüsusi diqqətdə saxlayacağını qeyd edib:

“Şirkətin özəl sektora buraxılmasının əhəmiyyətini nəzərə alaraq, bu məsələni diqqətdə saxlayacağıq. Özəlləşdirilmə prosesi ilə bağlı “şirkətin mülkiyyəti, ərazisi, fabriklər və avadanlıqlarının qiyməti”, “qanuni qaydaların riayət edilməsi” və “kompleksi alan şirkətin texniki qabiliyyəti, bacarığı və maliyyə imkanları” barədə araşdırma aparılacaq. Muğan Aqrosənaye və Heyvandarlıq Şirkətinin özəlləşdirilməsi prosesini diqqətlə araşdıraraq, sərhədyanı Parsabad əhalisinin mənafeyinin tapdanmasına imkan verməyəcəyik”.

Qeyd edək ki, Muğan Aqrosənaye və Heyvandarlıq Kompleksinə 2.7 trilyon tümən qiymət qoyulub, lakin ötən günlərdə 1.7 trilyon tümənə özəlləşdirilib.

Tarix
2018.09.04 / 14:39
Müəllif
Aytac Araz
Digər xəbərlər

Üstünlük İsraili tərk edir, İran özünə gəlir - Tramp niyə gözləyir?

Diplomatların Laçın səfəri ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Türkiyəyə səfər etdi

İflic durumda olan İranın Araz sahilində düşmən axtarışı

XİN-dən Ümumdünya Qaçqınlar Günü ilə bağlı paylaşım

Azərbaycan daha bir komitəyə üzv seçildi

Bayramov Kaya Kallasla danışdı

Diplomatlar Laçında səfərdədir...

İlham Əliyev UFC prezidentini qəbul etdi - Foto

Aprel döyüşlərində ermənilərə rəhbərlik etmiş generallar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla