Yuxarı

İcra başçısı “Bakıxanov bazarı”nı niyə sökdürmədi? – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı “Bakıxanov bazarı”nı niyə sökdürmədi? – Özəl

Paytaxtın Sabunçu rayonunda yerləşən Bakıxanov yarmarkasının sökülməsi ertələnib.

Axar.az-ın əldə etdiyi məlumata görə, el arasında "Razin talkuçkası" adlanan ticarət mərkəzinin sahmana salınması və yolun genişləndirilməsi üçün rəsmi qərar hazırlanır. Belə ki, "Azəryolsevis" ASC bu ərazidə tıxacların aradan qaldırılması üçün yolun genişləndirilməsinə qərar verib. Qərar rəsmi qaydada təqdim olunduqdan sonra bazarın yığcamlaşdırılması işləri aparılacaq. Yarmarkanın sahəsindən kənara çıxan, yol üstündə ticarət açanların yeri söküləcək, ticarət mərkəzi səliqə-sahmana salınacaq.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu. Amma ticarətçilərin etirazından sonra qərara gəlindi ki, bazar abadlaşdırılsın, yol genişləndirilsin.

Tarix
2014.09.29 / 09:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla