Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Fevral 2019


Məcburi köçkünlərin növbəti qəbulu keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Bu barədə Axar.az-a komitənin Mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri iştirak edib.

Məcburi köçkünlər mənzil, kommunal xidmətlər, statusun verilməsi, məşğulluq və digər problemlərlə əlaqədar müraciət edib.

Məcburi köçkünlər fərdi qaydada qəbul edilib, problemləri dinlənilib. Müraciət edilən məsələlərlə əlaqədar onlara geniş izahat verilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl iş aparır. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədəki mühüm və təxirəsalınmaz layihələrin icrasını daim diqqətdə saxladığı qeyd edilib.

Qəbulda iştirak edən məcburi köçkünlərin ərizələri aidiyyatı şöbələrin nümayəndələri tərəfindən qeydə alınıb.

Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılacağı və qanuna uyğun tədbirlər görüləcəyini bildirib.

Tarix
2018.09.11 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda fantastik qiymətə qarajlar satılır - Video

Zakir Həsənov türk silahları ilə tanış oldu - Foto

Biləsuvarda ağır qəza: avtomobil yandı - Foto

Buraxılış imtahanları başa çatdı

Bu rayonlara güclü qar yağdı: Qırız və Xınalıq...

Azərbaycan şəhərinə güclü qar yağdı: yollar bağlandı - Foto

Erməni məkri başladı: Çeçen-azərbaycanlı insidenti

Sabahın hava proqnozu açıqlandı

“Neolit” Bakıdakı çeçen əsilli məşqçini dilə gətirdi

Məşhur polis rəisinin obyektində qanunsuz yol nişanı - Foto

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla