Yuxarı

Toy karvanının qəzaya uğraması ilə bağlı açıqlama - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toy karvanının qəzaya uğraması ilə bağlı açıqlama - Rəsmi

16:15

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib. Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, "Mitsubishi Pajero" markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı 4 nəfər dünyasını dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar.

Hadisə zamanı 4 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

19:09

Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonunda toy karvanında baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində (rayon mərkəzindən 33 km aralı) yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü Firudin Ələsgər oğlu Əsgərov, 1 nəfər sərnişini və "Mercedes" markalı minik avtomobilində olan 2 nəfər qəza nəticəsində hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tarix
2014.09.29 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

Onları Prezidentlə xanımı qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla