Yuxarı

Səfirliyimiz Qalkinaya yeni pasportunu təqdim etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfirliyi Ulyanovskda yaşayan Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın yeni pasportunu ona təqdim edib.

Azərbaycanın Rusiyadakı səfirliyindən Axar.az-a verilən məlumata görə, Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova səfir Polad Bülbüloğluna müraciət edərək, Ulyanovsk vilayətində yaşayan Azərbaycan vətəndaşı, ikinci qrup əlil Raisa Qalkinanın ümumvətəndaş pasportunun müddətinin bitdiyini bildirib. T.Moskalkova Raisa Qalkinanın səhhəti ilə bağlı uzaq məsafə qət etməkdə çətinlik çəkdiyini və bu səbəbdən də yeni pasportunun ona yaşayış yerində verilməsində kömək göstərilməsini xahiş edib.

Səfir Polad Bülbüloğlunun tapşırığına əsasən, səfirliyin konsulluq şöbəsi tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq Raisa Qalkinanın biometrik məlumatları götürülərək aidiyyəti üzrə göndərilib. Azərbaycanın müvafiq qurumları tərəfindən pasport qısa müddətdə dəyişdirilərək səfirliyə təqdim olunub.

Sentyabrın 12-də səfirliyin konsulluq şöbəsinin əməkdaşı Müsənnif Dadaşov Ulyanovsk vilayətinə ezam olunaraq, Larisa Qalkinaya yeni pasportunu təqdim edib.

Görüşdə Ulyanovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Lyudmila Krutilina, Rusiya İnsan Hüquqları üzrə Ombudsman Aparatının nümayəndələri Sergey Andrianov və Aleksandr Pelipçuk iştirak ediblər.

Ulyanovsk vilayətinin insan hüquqları üzrə müvəkkili Lyudmila Krutilina və Raisa Qalkina pasportun dəyişdirilməsində göstərilmiş köməyə görə Azərbaycan səfirliyinə təşəkkürlərini bildiriblər.

Tarix
2018.09.12 / 21:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla