Yuxarı

“Nar”dan 10 qəpiyə günlük internet paketi təklifi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nar” abunəçilərinə kiçik məbləğ ödəməklə sərfəli günlük internet təklif edir. Təklif edilən "Günü 10 qəpik" paketinə əsasən, hər gün cəmi 10 qəpik ödəməklə 30 MB internet trafiki əldə etmək mümkündür. Paketə qoşulmaq üçün “gunluk10” yazib 777 nömrəsinə SMS göndərmək və ya *777#12#YES şifrəsini yığmaq lazımdır.

Axar.az xəbər verir ki, "Günlük 40 qəpik" paketi isə 40 qəpik ödəməklə 200 MB internet trafiki təklif edir. Paketə qoşulmaq üçün “gunluk40” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#24#YES kodunu yığmaq yetərlidir. Hər gün ölkədaxili dəqiqələr və MB-lar əldə etmək üçün isə "Günlük 59 qəpik" paketinə qoşulmaq olar. Paket hər gün ölkədaxili zənglər üçün 25 dəqiqə və 100 MB internet təqdim edir. Bununla da gündəlik mobil xərcləri nəzarət altında saxlamaq olar. Qoşulmaq üçün “gunluk59” yazıb 777 nömrəsinə SMS göndərmək və ya *777#59#YES kodunu yığmaq kifayətdir.

“Nar” tarif və kampaniyaları haqqında ətraflı məlumatı isə nar.az internet səhifəsindən öyrənmək olar.

“Nar” sərfəli qiymətə yüksək keyfiyyət prinsipinə sadiq qalaraq, bir-birindən fərqli təkliflərlə abunəçilərinin mobil rabitə tələblərini qarşılamağa davam edir. Gücləndirilmiş “Nar” şəbəkəsi sayəsində mümkün olan bu təkliflər müxtəlif kateqoriyalardan olan “Nar” abunəçilərinin istəkləri nəzərə alınaraq irəli sürülür.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2018.09.13 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Hüseyndən həbs xəbərlərinə reaksiya

Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!

Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto

Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?

BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər

Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi

Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi

Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto

İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla