Yuxarı

Nazirlik telesujet müsabiqəsi keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik telesujet müsabiqəsi keçirir

Təhsil Nazirliyi 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Gələcək müəllimin əsəridir" mövzusunda ən yaxşı telesüjet müsabiqəsi elan edir.

Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verır ki, müsabiqənin məqsədi təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi, "peşəkar müəllim" obrazının yaradılması, müəllim peşəsinin nüfuzunun artırılması, ucqar kənd məktəblərində çalışan gənc müəllimlərin peşə fəaliyyəti ilə bağlı pozitiv ictimai rəyin formalaşdırılması, peşə fəaliyyətinə yeni başlayan müəllimlərin müsbət təcrübəsinin yayılması, gənc müəllimlərin kənd məktəblərində işləməyə həvəsləndirilməsidir.

Müsabiqəyə kənd yerlərində fəaliyyət göstərən gənc müəllimlərin nümunəvi peşə fəaliyyətini əks etdirən, müəllim nüfuzunun yüksəldilməsinə xidmət edən videosüjetlər təqdim edilməlidir.

Müsabiqəyə təqdim edilən süjetlərin xronometrajı ən azı 2 dəqiqə olmalıdır. Süjetlər oktyabrın 1-dən 20-dək respublika ərazisində yayımlanan telekanallarda nümayiş etdirilməlidir. Müsabiqənin nəticələri "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunduğu gündə - oktyabrın 24-də açıqlanacaq və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Tarix
2014.09.30 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev açılış mərasimdə iştirak edir - Canlı

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla