Yuxarı

NİDA-çılar İlham Əliyevə müraciət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
NİDA-çılar İlham Əliyevə müraciət etdi - Foto

Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət ediblər.

Axar.az Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəsmi saytına istinadən həmin şəxslərin müraciətini olduğu kimi çatdırır:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

MÜRACİƏT

Hörmətli cənab Prezident!

Biz həbsdəki "Nida"çılar düşünürük ki, Azərbaycanın hazırkı dövründə gənclik enerjimizi ölkəmizə fayda verəcək şəkildə istifadə edə bilərik.

Bizim aldığımız cəzanın axıra kimi çəkilməsi bu gənclik dönəmimizin fəallığının boşa xərcləməsi demək olardı.
Ümid edirik ki, Siz də bizim gəncliyimizin azadlıqda keçməsinin Azərbaycan xalqı və ölkəmizin xeyrinə olacağı ilə razılaşar, bizim azadlığa çıxmağımıza, yaxınlarımıza qovuşmamıza öz töhfənizi verəcəksiniz.

Bizim indiyə qədər həbsdə keçirdiyimiz müddətdə istər ölkə daxilində, istərsə də xaricdə gedən prosesləri kənardan kifayət qədər müşahidə etmək imkanımız olub. Bu müşahidələr sayəsində gələcəyə daha optimal yanaşmağı öyrənmişik, bir sıra dəyərləndirmələr aparmışıq.

Hörmətli cənab Prezident!

Biz gənclər bütün bilik və bacarığımızı müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirik. İnanırıq ki, Siz də öz müstəsna səlahiyyətlərinizdən istifadə edərək, gəncliyimizi nəzərə alaraq cəzadan azad olunmağımıza qərar verəcəksiniz.

Rəşadət Axundov
Rəşad Həsənov
Zaur Qurbanlı
Üzeyir Məmmədli
Məmməd Əzizov
İlkin Rüstəmzadə
28 sentyabr 2014-cü il"

Tarix
2014.09.30 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım - Foto

44 günlük müharibəyə bənzəyir: hücumla üz-üzəyik - Beqoyan

İlham Əliyev Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla