Yuxarı

İcra başçısı ilə iş adamı arasında qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısı ilə iş adamı arasında qalmaqal

Salyan rayonunda fəaliyyət göstərən "Salyan Oil Ltd" əməliyyat şirkətinin rəhbərliyi "Samir Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və direktoru, iş adamı Azər Ağayev barəsində hüquq mühafizə orqanlarına şikayət göndərib.

Publika.az-ın əldə etdiyi məlumata görə, Salyanın Qarabağlı, Kərimbəyli və Yolüstü kənd və qəsəbələrində geniş ticarət və restoran biznesi ilə məşğul olan iş adamı Azər Ağayev bu yaxınlarda bir qrup kənd sakinini öyrədərək, "Salyan Oil Ltd" əməliyyat şirkətinin bu ərazidə fəaliyyət göstərən ofisi önündə etiraz aksiyası təşkil edib.

Məlumatda həmçinin qeyd olunur:

"İş adamı Azər Ağayev "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan neft-qaz ərazilərində, yəni Salyan-Şirvan şosesinin kənarından keçən neft-qaz borularının üzərində "Azəri" şadlıq evi, restoran-kafe, ticarət mərkəzləri və super-marketlər inşa etdirib.

Bu obyektlərin əksəriyyəti Azər Ağayevin oğlu Samir Ağayevin adına rəsmiləşdirilib.

Bundan əlavə, A.Ağayev rayonun Kərimbəyli kəndi ərazisində yerləşən və "Salyan Oil Ltd" əməliyyat şirkətinin balansında olan süni gölü də rəhmətə getmiş bələdiyyənin imzası ilə saxta formada rəsmiləşdirib, aidiyyəti təşkilatlara təqdim edən zaman ifşa olunub.

"Salyan Oil Ltd" əməliyyat şirkətinin və Salyan rayon İcra Hakimiyyətinin bir neçə dəfə etdiyi xəbərdarlığa baxmayaraq, həmin ticarət və iaşə obyektləri fəaliyyətini hələ də davam etdirir.

Hətta işə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və digər məsul şəxslər də qarışmalı olub.

Hazırda iş adamı Azər Ağayev barəsində şikayət məktubuna Salyan rayon Prokurorluğu və Polis Bölməsi tərəfindən baxılır".

Salyan rayon İcra Hakimiyyəti başçısının köməkçisi Kərəm Muradov da sözügedən hadisənin baş verməsini təsdiqləyib.

Onun sözlərinə görə, "Salyan Oil Ltd" əməliyyat şirkətinin Kərimbəyli kəndində yerləşən ofisi qarşısında belə bir aksiya olub:

"Amma yaxşı olar ki, siz bu məsələ barədə Neft Şirkəti ilə əlaqə saxlayasınız".

Sözügedən məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix
2014.10.01 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla