Yuxarı

Xələf Xələfov braziliyalı diplomatla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xələf Xələfov braziliyalı diplomatla görüşdü

Xarici İşlər nazirinin müavini Xələf Xələfov Azərbaycanda səfərdə olan Braziliya Xarici İşlər nazirinin Əməkdaşlıq, mədəniyyət və ticarətin təşviqi məsələləri üzrə müavini Hadil Fontes da Roşa Viannanı qəbul edib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat veriblər. Görüş əsnasında Xələf Xələfov Azərbaycanla Braziliya arasında əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, mədəniyyət, humanitar və iqtisadi sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb. O, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini qeyd edib.

Artıq ikincə dəfə Azərbaycana səfər etdiyini bildirən Hadil Fontes da Roşa Vianna iki ölkə arasında münasibətlərin inkişafında səfirliklərin rolunu yüksək qiymətləndirib. İqtisadi böhrana baxmayaraq, Azərbaycan ilə Braziliya arasındakı ticarət dövriyyəsinin həcminin artdığını deyən qonaq ölkəmizin Braziliyanın etibarlı tərəfdaşı olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında danışan Xələf Xələfov münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid olduğunu qeyd edərək, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Xələf Xələfov Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən müxtəlif irimiqyaslı layihələr haqqında məlumat verərək, bu layihələrin region dövlətləri arasında əməkdaşlığın inkişafında və ticarət dövriyyəsinin artmasında rolunu diqqətə çatdırıb.

Tarix
2014.10.01 / 17:18
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla