Yuxarı

"Etimad imkan vermədi, onu qoruyacaqdım" - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:17

Sentyabrın 19-u İstanbulda qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılov bu gün Nardaranda dəfn ediləcək. Qətldən 2 gün keçməsinə baxmayaraq, onun öldürülməsi ilə bağlı söz-söhbətlər səngimir. Etimad İsmayılovun sabiq baş prokuror İlyas İsmayılovun oğlu və tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı olması məsələnin daha çox diqqət mərkəzində qalmasına səbəb olur. Cinayəti törətməkdə təqsirləndirilən Gözəl Dəmirovun bir vaxtlar Azərbaycan DİN-də çalışan keçmiş polis polkovniki olması isə şayiələri daha da artırır.

Axar.az xəbər verir ki, İlyas İsmayılov oğlunun ölümü ilə bağlı danışarkən bir nüansa diqqət çəkib. O, oğlunun onu şəxsi işlərindən kənarda tutduğunu bildirib:

“Etimad məni öz işlərinə qatmayıb. Əks halda mən öz oğlumu qoruya bilərdim”.

İ.İsmayılov Virtualaz.org-a verdiyi açıqlamasında həmçinin qeyd edib ki, oğlunun həyat yoldaşı, jurnalist Sevil Nuriyeva ona zəng vuraraq, qatil Gözəl Dəmirovun onun oğluna böyük miqdarda borcu olduğunu deyib. “Görünür, Gözəl Dəmirov borcunu belə ödəyib”, - İ.İsmayılov bildirib.

Etimad İsmayılovun qətl səbəbi ilə bağlı versiyalardan biri də onun G.Dəmirovu təhqir etməsidir. İddiaya görə, tərəflər arasında borc məsələsinə görə yaşanmış anlaşılmazlıq nəticəsində E.İsmayılov G.Dəmirovu bir müddət əvvəl təhqir edibmiş. Bu isə ciddi bir ədavətin əsasını qoyub.

Təbii ki, bu və digərləri sadəcə iddiadır və hər şey hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacaq.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov, İstanbuldakı ofisində silahlı hücuma məruz qalıb. Başından 2, ürəyindən 1 güllə ilə yaralanan İsmayılov xəstəxanaya çatıdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Silahlı hücumu törətdikdən sonra hadisə yerindən qaçan digər azərbaycanlı iş adamı, sabiq polis rəisi Gözəl Dəmirov artıq polis tərəfindən saxlanılıb.

Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi İlyas İsmayılov ölkənin keçmiş baş prokuroru və ilk ədliyyə naziri olub. Hüquq elmləri doktoru, professor İ.İsmayılov həm də keçmiş millət vəkilidir.

Tarix
2018.09.21 / 12:37
Müəllif
Aqşin
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla