Yuxarı

Bakıda zivələr yığışdırılır – Polis xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayonu ərazisində mərkəzi küçə və prospektlərə baxan balkonlardan zivələrin yığılması davam etdirilir.

Axar.az xəbər verir ki, səhər saatlarında “Nərimanov” metrosu yaxınlığında yerləşən mənzillərin sakinlərinə yol və küçədən görünən asılmış paltarları yığmaları tapşırılıb. Sakinlər bildirib ki, mənzillərə polis əməkdaşları gələrək ipdən asılmış geyimlərin yığılmasını xahiş edib. Geyimlər ipdən yığışdırılsa da, zivələrin yığılması və ya kəsilməsi ilə bağlı heç bir söz deyilməyib.

Sakinlər bildirib ki, zivələr nazirlik əməkdaşları tərəfindən ev sahibinə məlumat verildikdən sonra çıxarılır. Sakinlərə artıq uzun müddətdir ki, alternativ paltar asma qurğularından istifadə etmək məsləhət görülüb.

Bəzi sakinlər yeni qadağaya etiraz etməsələr də, paltarlarını haradan asacaqlarını bilmirlər. Əksər mənzillərdə balkonlar hörülərək evə qatıldığı üçün paltar asmaq üçün nəzərdə tutulan alternativ qurğunu qoymağa yer yoxdur.

Belə olduğu təqdirdə əksər vətəndaşlar yaş paltarlarını evdə qurutmalı olur.

Qeyd edək ki, artıq uzun müddətdir ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt üzrə bütün icra hakimiyyətlərinə küçə və prospektlərə açılan balkonlardan zivələrin yığışdırılması tapşırığı verib. Bu məqsədlə bütün icra orqanları sakinlərə xəbərdarlıq edərək balkonlardan zivələr yığışdırırlar.

Tarix
2018.09.25 / 12:05
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

NATO nümayəndəsi erməni diplomatla nələri müzakirə etdi?

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla