Yuxarı

Keçmiş polis rəisi cəzalandırıldı - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş polis rəisi cəzalandırıldı - Bakıda

Keçmiş polis rəisi, polis polkovniki Məmməd Mikayılov xoşagəlməz hadisəylə üzləşib.

Aznews.az-ın məlumatına görə, o, avtomobilini idarə edərkən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq sərt cəzalanıb.

Buna səbəb polkovnikin sərxoş halda sükan arxasında əyləşməsi olub.

Keçmiş rəis əvvəlcə yol polislərinin onu saxlamasına etiraz edib, hətta onlara hədə-qorxu da gəlib. Bütün bunlara baxmayaraq, polkovnikin qayda pozuntusu protokollaşdırılıb və onun idarə etdiyi 10-RP-400 dövlət nömrə nişanlı "Toyota Camry" markalı avtomobili cərimə meydançasına aparılıb.

Qeyd edək ki, Məmməd Mikayılov DİN orqanlarında yüksək vəzifələrdə çalışıb, Xətai, Nəsimi və Suraxanı rayonlarının polis rəisi olub.

O, yanvarın 29-da daxili işlər naziri Ramil Usubovun əmri ilə vəzifədən azad edilib.

Rəisin işdən çıxarılmasına əsas səbəb kimi küçə ticarəti ilə mübarizədə yol verdiyi nöqsanlar göstərilir.

Tarix
2014.10.06 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla