Yuxarı

Gəncə və Goranboyda yol qəzası: 5 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncə və Goranboyda yol qəzası: 5 yaralı

Gəncədə və Goranboyda ağır yol nəqliyyat hadisələri baş verib. Qəzalar nəticəsində 2-si ağır olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb.

Kepez TV-nin məlumatına görə, Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə Şəddadilər küçəsində yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı sürücü tərəfindən dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Zərərçəkənin vəziyyəti normal olduğundan evə buraxılıb.

Gəncədə digər bir piyadavurma nəticəsində Ozan küçəsi 143 ünvanında qeydiyyatda olan 27 yaşlı Gündüz Abdullayev də ağır vəziyyətdə şəhər TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilib. Ağır vəziyyətdə olan xəstəyə dərhal tibbi yardım göstərilib.

Goranboy rayonunda da iki nəfərin ağır yaralanması ilə nəticələnən piyadavurma hadisəsi qeydə alınıb. Belə ki, Camal Cəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobil Gəncə istiqamətinə hərəkətdə olarkən Dəliməmmədli şəhər sakinləri 28 yaşlı Rəşad Hüseynovu və 22 yaşlı İltifat İsgəndərovu vurub. Yaralılar dərhal Gəncə şəhər TTYX-na yerləşdirililər.

Digər bir yol qəza hadisəsi də Bakı-Qazax avtomagistralının Goranboy rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Səyyad Əliyevin idarə etdiyi "QAZel" markalı sərnişin mikroavtobusu yol ayrıcındakı dəmir səddlərə girib. Belə ki, sürücü Gəncə istiqamətinə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə qəza törədib. Hadisə zamanı "QAZel"in sürücü avtomobildə tək olub və yüngül xəsarətlər alıb.

Hər dörd yol nəqliyyat hadisəsi ilə bağlı aidiyyatı qurumlarda araşdırma aparılır.

Tarix
2014.10.08 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla