Yuxarı

Deputat şəhid ailələrinin problemlərini araşdıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Elmira Axundova Masallı rayonunun Bədəlan kəndindəki ofisində seçiciləri ilə növbəti görüşünü keçirib.

Axar.az xəbər verir ki, millət vəkili qəbula yazılan seçicilərini qəbul edərək onları dinləyib, problemləri ilə maraqlanıb.

Qeyd edək ki, millət vəkilinə ünvanlanan müraciətlər əsasən ünvanlı sosial yardım, əlillik dərəcəsinin alınması, aliment və digər məsələlərlə bağlı olub.

Müraciətlərin bir neçəsi isə hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqının alınması üçün şəhid ailələrinin qeydiyyata alınmalarında yaranan problemlərlə əlaqədar olub.

Şəhid ailəsi və ya onların vərəsələri olan bir neçə şəxs millət vəkilinə bildiriblər ki, 1994-cü ildə şəhid olmuş ailə üzvünün sığorta pulunun alınması üçün sənədləri qanuni şəkildə toplayaraq müraciət etsələr də, onlara vaxtı ilə bu sığorta pulunun ödənildiyi haqqında elektron cavab verilib. Lakin ərizəçilər onlara o vaxt yerli İcra Hakimiyyətindən, sadəcə, 100 dollar həcmində pul verildiyini sözlərinə əlavə ediblər.

Elmira Axundova seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxladığını, həmin çətinlik və qayğıların yoluna qoyulması üçün müvafiq addımlar atacağını qeyd edib. O, adıçəkilən problemlə də yaxından tanış olacağını və aidiyyəti qurumlarla əlaqə saxlayaraq, onun həllinə nail olmağa çalışacağını, yaranmış qeyri-müəyyənliyin aradan qaldırılmasına cəhd edəcəyini əlavə edib.

Deputat görüşdə vurğulayıb ki, o, yalnız seçicilərin ünvanladığı müraciətləri aidiyyəti qurumlara göndərməklə kifayətlənmir. Eyni zamanda, həmin müraciətlərin icra vəziyyətini də daim diqqətdə saxlayır. Bununla yanaşı, xanım millət vəkili seçiciləri əmin edib ki, hər zaman olduğu kimi, bundan sonra da zəruri hallarda seçicilərin problemlərini Milli Məclisdə qaldıracaq və o problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcək.

Onu da qeyd edək ki, adıçəkilən problemlərlə yanaşı, əvvəlki illərlə müqayisədə seçicilər tərəfindən müraciətlərin və şikayətlərin az olduğu üzə çıxıb. Xüsusilə də gənclər tərəfindən müraciətlərin və şikayətlərin azaldığı məlum olub. Yəni, Masallıda son illər görülən işlərin, istifadəyə verilən obyektlərin, konkret olaraq, ASAN Xidmət Mərkəzinin yerli filialının, Masallı Sənaye Parkının yaradılması və işə düşməsi ilə rayonda işsizlik problemi böyük ölçüdə həllini tapıb, xeyli sayda gənc və orta yaşlı insan işlə təmin olunub.

Bu da nəticə etibarı ilə millət vəkilinə ünvanlanan müraciət və şikayətlərin azalması, minimuma enməsi ilə sonuclanıb.

Tarix
2018.10.12 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla