Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Fevral 2019


100-dən çox hakim qovuldu: nəticə nə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyim qədərilə, hazırda məhkəmə-hüquq sisteminə olan inamın artırılması yönündə tədbirlər planı davam edir. Məhz bunun nəticəsidir ki, hakimlərin bir qismi işdən çıxarılıb, digər qismi cəzalandırılıb. Hesab edirəm ki, atılan addımlar çox düzgündür. Bundan sonra digər hakimlər də birmənalı şəkildə ədalət mühakiməsi zamanı vətəndaşların məhkəməyə inamının artırılması yönündə hərəkət edəcəklər.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış vəkil Aqil Layıc son dövrlər Məhkəmə Hüquq Şurasının qərarına əsasən hakimlərin vəzifədən çıxarılması və cəzalandırılması barədə görülən işlərə münasibət bildirərkən deyib.

“Gördüyüm qədər, ədalətsiz qərar çıxaran, qanun pozuntusuna yol verən hakimlərin cəzalandırıması sosial şəbəkələrdəki müzakirələrdə çox alqışlanıb. Son zamanlar xüsusilə Ali Məhkəmədə işin baxılmasının keyfiyyəti həqiqətən artıb. Məsələn, Ali Məhkəmədə şəxsən özümün iştirak etdiyim, eləcə də digər işlərdə bunun şahidi olmuşam. Son zamanlar Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyası da işə baxma keyfiyyətini çox yüksəlib. Kadr dəyişiklikləri çərçivəsində hazırda Bakı Apellyasiya Məhkəməsinə yüksək potensiallı gənc kadrlar yığılır. Belə getsə, ədalət mühakiməsi bərpa olunacaq”.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirov isə bildirib ki, Azərbaycanda 90-cı illərin ortalarından hüquqi dövlət quruculuğu sahəsində islahatlara başlanılıb:

“ 1995-ci ildə Azərbaycanda Konstitusiya qəbul olunub. Həmin vaxtdan başlayaraq, Azərbaycanda dövrün tələblərinə cavab verən qanunvericilik bazası formalaşdırılıb. Eyni zamanada, kadr islahatları ilə bağlı tədbirlər görülməkdədir və davam edir. Uzun müddətdir ki, məhkəmə sistemində işə qəbul imtahan yolu ilə aparılır. 2 ildən artıqdır ki, imtahan mərhələlərindən keçəndən sonra hakimliyə namizədlər müəyyənləşdirilir. Təbii ki, istənilən cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətdə də neqativ hallar var. Bununla mübarizə aparılsa da, tədbirlər görülsə də, neqativ hallardan heç kim sığortalanmayıb. Məhkəmə Hüquq Şurasının son iclasında qeyd olundu ki, bir neçə hakim cəzalandırııb, hətta işdən azad olunanlar da var. Həmin şəxslər barəsində ən ciddi tədbirlər görülür, cəzalandırma işləri aparılır. Bu da öz növbəsində bu kimi hallara yol vermək istəyən hakimlərə, eləcə də digər qurumların əməkdaşlarına siqnaldır”.

X.Bəşirovun sözlərinə görə, məhkəmə sistemində baş verən qanunsuzluqlar hüquqşşünasların da fəaliyyətinə mənfi təsir göstərir:

“Bu cür tədbirlərin davam etməsi təqdirəlayiqdir. Çünki biz özümüz də məhkəmələrlə və digər hüquq-mühafizə orqanları ilə işləyirik. Bu cür hallar bizim işimizə də mənfi təsir edir. İnsanların hüquqlarını müdafiə edəndə rastlaşdığımız neqativ hallar vətəndaşlar arasında vəkillərə də etimadsızlıq yaradır. Çünki onlar artıq vəkillərin bir işə yaramadığı qənaətinə gəlirlər. Amma qanunların aliliyi təmin olunanda bütün neqativ hallar getdikcə yox olur ”.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası son iclasında bütün fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq, 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırıldığı vurğulanıb. İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar bəzi hakimlərin hakimlik səlahiyyətlərinə xitam verilib.

Tarix
2018.10.12 / 08:30
Müəllif
Büllurə Yunus
Şərhlər
Загрузка...
Digər xəbərlər

Lotu Qulinin killerləri belə yaxalandı - Video

Tərifli AZZA-nın tortunun içindən nələr çıxdı? - Foto

Vergi ombudsmanı hansı işləri görəcək? – Açıqlama

Ay Yerə ən yaxın məsafədə olacaq - Sabah

İlham Əliyev Sumqayıtda yeni müəssisəni işə saldı - Foto

Sabahın havası: sulu qar, güclü külək, şaxta... - Xəbərdarlıq

Tələbələr ayda 600 manat təqaüd ala bilər - Ekspert

Usubov polis kapitanına vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Rəisin həbsi xəbərinə SOCAR-dan - Reaksiya

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla