Yuxarı

Zaqatalada kütləvi zəhərlənmə: Bir ailənin 7 üzvü...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənənlərin hamısı bir ailənin üzvləridirlər. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək analiz edilmək üçün laboratoriyaya göndərilib. Zəhərlənən şəxslərin hamısının müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.

Tarix
2018.10.21 / 10:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla