Yuxarı

Müşfiqabadda dava salan uşaqlar və direktor danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sinif uşaqları dərs başlamazdan əvvəl yüngülcə zarafatlaşıblar. Dava olmayıb. Heç polis də gəlməyib məktəbə".

Bu sözləri Axar.az Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbin direktoru Atakişi Cəfərov məktəbin şagirdlərinin birinin yaralanması ilə nəticələnən dava ilə bağlı danışarkən dedi.

Məktəb direktorunun sözlərinə görə, 11-ci sinif şagirdlərinin öz aralarında zarafatlaşmasını bu qədər böyütməyə ehtiyac yoxdur:

"Əgər böyük mübahisə, ciddi dava olsaydı, mən özüm bununla bağlı açıqlama verər, hər iki şagirdi cəzalandırardım. Ancaq bu iki sinif yoldaşı arasında baş verən adi zarafatlaşmadı. Bunu bu qədər böyütmək lazım deyil. Heç bir polis gəlməyib məktəbə. Yaralanan da yoxdur. Xəbərlərdə deyirlər ki, döyülən şagird xəstəxanaya yerləşdirilib. Ancaq hər iki məktəbli də hazırda dərsdədir".

Direktor A.Cəfərov bizə dava etdiyi deyilən şagirdlərlə danışmaq imkanı da yaratdı. Döyüldüyü deyilən 11-ci sinif şagirdi 1996-cı il təvəllüdlü Babək Cəbrayılov bildirdi ki, dostları ilə adi zarafatlaşmasını bu qədər böyüdüblər.

B.Cəbrayılovu döydüyü deyilən Səbuhi Hüseynov da qeyd edir ki, onlar dostdur və aralarında heç bir ciddi dava olmayıb.

Məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsindən də Axar.az-a bununla bağlı məlumat yaymadıqlarını bildirdilər:

"Qaradağ Rayon Polis İdarəsinə 274 saylı məktəblə bağlı heç bir məlumat daxil olmayıb. Sözügedən məktəbdə hansısa davanın baş verməsi ilə bağlı da heç bir məlumat yaymamışıq".

Qeyd edək ki, Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə şagirdlər arasında dava olub. Məlumata deyilir ki, həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb və bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Tarix
2014.10.13 / 13:32
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Sabah MM-in xüsusi iclası keçiriləcək

Ceyhun Bayramov İraqa getdi

Pezeşkianın səfərinin iki hədəfi: Bakı qəbul etməyəcək...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Rusiyada bu azərbaycanlıya 14 il həbs cəzası verildi

Rusiyadan deportasiya olunma səbəbim... - Badamov

Azərbaycan-Suriya münasibətləri...

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri...

Vardanyanın məhkəməsində zərərçəkmiş danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla