Yuxarı

Özünüzü şəhid etməyin, İmam Hüseyn nə sünnidir, nə şiə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Özünüzü şəhid etməyin, İmam Hüseyn nə sünnidir, nə şiə

Qasımbəy məscidinin imam-cüməsi Samir Ağayev millət vəkili Fazil Mustafanı sərt şəkildə ittiham edən yazıyla çıxış edib.

Fazil Mustafa həmin məqaləyə yazdığı cavabı "Axar.az"a göndərib:

GÜNÜN ABSURDU

"Mən heç bir təriqəti qəbul etmirəm" fikrinə gəldikdə isə mümkünsüz bir iş olmaqla yanaşı, həm də adətən yaşadığı cəmiyyətin ideologiyasını deyil, başqa bir ideologiyanı qəbul etmiş, amma özünü bu və ya digər səbəbdən gizlədən insanlara xasdır. Xüsusilə son dövrlərdə "nə şiəyəm, nə də sünnü, Quran yolu gedən əsl müsəlmanam" deyə fikir səsləndirən vəhabiləri görürük. Elşad Miri kimilər də özünü bu yolla gizlətmək istəyirlər".

Bu sözləri Qasımbəy məscidinin imam-cüməsi Samir Ağayev bizi ittiham edərək yazıb. İslama dəxli olmayan "islam.az" saytında yerləşdirilib. Yazı absurd ittihamla dolu olduğundan cavaba layiq bilmirəm. Bu barədə çox sayda məqalələrim var və lazım olarsa, bir də oxumaq üçün paylaşarıq.

Ancaq çox maraqlı bir detala toxunmaq istərdim. Xatırlayırsınızsa, Aşura günündə hörmətli Allahşükür Paşazadə açıqlama vermişdi və mən də onu təqdir edərək geniş auditoriyada paylaşmışdım. Hələ də mənim səhifəmdə var. Mətn belə idi:

"İmam Hüseyn nə sünni, nə də şiədir. O, müsəlmandır".

Çox gözəl, tərbiyəvi əhəmiyyət daşıyan, cahilliyə rəvac verməyən sözlərdir, deyilmi?

İndi, hörmətli Samir Ağayev, dərinə getmək lazım deyil, özünüzü şəhid etməyə də gərək yox, sadəcə, sual verirəm, bu ifadəsinə görə cənab Paşazadənidəmi vəhhabi hesab edirsiniz? Belə bir cəsarət sahibisinizsə, sadə bir iş görün: Qafqaz müsəlmanları Ruhani idarəsinin başçısı hörmətli Allahşükür Paşazadəyə kəskin etirazlarla dolu bir yazı yazın. Əgər yazmazsanız, məndən sözlərinizə görə üzr istəməniz ən səviyyəli davranışınız olardı.

Tarix
2013.12.03 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kral III Msvati Bakıya gəldi

Aleksandr Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla