Yuxarı

Azərbaycan heyəti Nobel muzeyində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri çərçivəsində növbəti səfəri İsveçdə olub.

Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Stokholmdakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub. Daha sonra İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç Sosial-Demokratlar Partiyasının üzvləri, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak edib.

Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələri qeyd edib.

Daha sonra nümayəndə heyəti Nobel muzeyində olub. Direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb. Dövlət Komitəsinin sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən Təsis konfransında da iştirak edib. Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.

“Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının” sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Tarix
2018.11.07 / 13:40
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla