Yuxarı

"Siz tənqid edəcəksiz, mən durub baxacam?"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Siz tənqid edəcəksiz, mən durub baxacam?"

1-ci vitse-spiker: "Siz iqtidarı ittiham etməlisiniz, mən burda durub baxmalıyam?"

Musavat.com xəbər verir ki, Milli Məclisin iclasında növbəti dəfə deputatlarla 1-ci vitse-spikeer Ziyafət Əsgərov arasında mübahisə olub. Fazil Mustafa vitse-spikerin deputatların çıxışına reaksiyasını adekvat saymayıb: "Ziyafət müəllim, xahiş edirəm, heç olmasa hüquqşünas həmkarlara qarşı "qanunu bilmir, başa düşmür" kimi ifadələr işlətməyin. Ən azı bizim növbəti dəfə söz almaq imkanı olmadığı üçün xahiş edirəm bunu nəzərə alın".

Sabir Rüstəmxanlı da etiraz etdi: "Mənim hər hansı çıxışımın Milli Məclis sədrinin müavini tərəfindən populist adlandırılmasını qəbul etmirəm. Mənim heç bir çıxışım populist deyil. Mənə belə damğa vurulmasını qəbul etmirəm. Azərbaycanda son illərdə ev tikintisi ilə bağlı nə qədər insanlar aldadılıb? Guya öz içimizdə sığorta işi həll olunub, xaricə göndərdiyimiz firmalardan bunu tələb edirik? Kim bu fikirləri populizm hesab edirsə, vətəndaşlarımıza hörmətsizlik edir. Burdakı təkliflərin heç biri komitələrdə ciddi müzakirəyə çıxarılmır".

Ziyafət Əsgərov isə qarşılığında S.Rüstəmxanlını ittiham etdi: "Sabir müəllim, siz Azərbaycan dövlətini ittiham edisiniz. Mən iqtidar nümayəndəsiyəm, siz iqtidarı ittiham etməlisiniz, mən burda durub baxmalıyam?"

Tarix
2014.10.17 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla