Yuxarı

Məhbuslara birdəfəlik müavinət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhbuslara birdəfəlik müavinət verildi

Cəza çəkməkdən azad edilmiş şəxslər minimum əmək haqqının 4 misli məbləğində müavinətlə təmin edilib.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər. Məlumata görə, Nazirliyin Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən bu ilin 9 ayında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3 min 550 nəfər şəxs birdəfəlik pul müavinəti verilib. Qanunvericiliyə əsasən, keçmiş məhkumlar minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti alıb.

Həmçinin istehsalat qəzası, peşə xəstəliyi nəticəsində sağlamlığını itirmiş və ya həlak olmuş işçilərin ailə üzvlərindən ibarət 1560 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib. Bundan başqa, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlər və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən 498 nəfər kompensasiya ilə təmin olunub.

Tarix
2014.10.17 / 17:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla