Yuxarı

Azərbaycana yeni “pul kisəsi” gətirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana yeni “pul kisəsi” gətirilir

Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "GoldenPay" şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan – "Elektron pul kisəsi" layihəsinin tətbiqini planlaşdırır.

Axar.az Rabitə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "Elektron pul kisəsi" texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.

Bunun üçün "Elektron hökumət" portalı (e-gov.az) və "rabita.az" saytlarında onlayn ödəniş prosesində kartların seçimi zamanı siyahıda "VİSA/VİSA Elektron" "Master Card/Maestro" kartlarından başqa "Elektron imza kartı" da göstəriləcək. "Elektron pul kisəsi" üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.

"Elektron pul kisəsi" texnologiyası, o cümlədən onun prosessinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərindən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosessinqə avtomatik ötürüləcək.

Tarix
2014.10.20 / 15:31
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla