Yuxarı

Bu, iritutumlu maşınların idxalında çətinlik yaradacaq - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana idxal olunan avtobusların aksiz vergisinə cəlb ediləcəyi gözlənilir. Bununla bağlı hətta Vergi Məcəlləsinə dəyişikliyin edilməsi də nəzərdə tutulub. Məlumata görə, xaricdən gətirilən avtobuslara aksiz vergisinin tətbiqi növbəti ilin əvvəlindən etibarən başlayacaq. Yanvardan müəyyən edilməsi gözlənilən verginin miqdarı avtobusun mühərrik həcminə görə dəyişəcək.

Axar.az-a məsələni şərh edən hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ölkədə bəzən avtobus çatışmazlığı hiss olunduğu üçün bu vergi tətbiq edilməsə, daha yaxşı olar:

“Ölkəyə kifayət qədər avtobus gətirilsə də, yollarda artıq istifadəsi az mümkün olan marşrutlar da gözə dəyir. Paytaxtda və bölgələrdə şəhərdaxili, şəhərlərarası və rayondaxili (rayon mərkəzindən kəndlərə) sərnişin daşımalarında istifadə edilən avtobusların bir çoxu yararsız hala düşüb. Ümumiyyətlə, avtobus parkının yenilənməsinə daimi prosesdir. Bu vergi tətbiq olunarsa, avtobus parkının yenilənməsi bir qədər də gecikə bilər.

Bu ilin ilk 10 ayı ərzində ölkəyə 179 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobil gətirilib. Bunların da yəqin ki, əksəriyyəti mikroavtobuslardır. Belə olan halda dövlət büdcəsi aksiz vergisinin tətbiqindən çox az qazanacaq”.

Ə.Hüseynov bildirib ki, vergi tətbiq edilərsə, yollarda standartlara cavab verməyən avtobuslar görəcəyik:

“Aksiz vergisinin təklif olunan dərəcələrinə baxanda görürük ki, mühərrikin iş həcmi artdıqca, vergi dərəcəsi də artır. Bu da o deməkdir ki, daha iritutumlu avtobusa daha çox aksiz vergisi hesablanacaq. Bu da paytaxtda iritutumlu avtobusa tələbatın yüksək olduğu indiki şəraitə yaxşı təsir göstərməyə bilər.

Hesab edirəm ki, avtobuslara aksiz vergisi tətbiq edilməməli, hətta əksinə, müasir avtobus idxalı üçün güzəştli kredit və başqa mexanizmlər tətbiq edilməlidir”.

Qeyd edək ki, Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6 000 kubsantimetrədək olduqda 8 000 manat və əlavə olaraq 4 manat, 8 000 kubsantimetrədək olduqda 16 000 manat və əlavə olaraq 6 manat, 10 000 kubsantimetrdək olduqda 28 000 manat və əlavə olaraq 8 manat, 10 000 kubsantimetrdən çox olduqda 44 000 manat və əlavə olaraq 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Tarix
2018.11.30 / 10:49
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Baydenin qərarına görə Rusiya bu ölkələri vuracaqmı?

İcazə verildi: Rusiyaya zərbələr başlayır - Video

Britaniya və ABŞ Bakıda saziş imzaladı

BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi

Vəliyev Portuqaliyanın nümayəndə heyəti ilə görüşdü

Ankaranın bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü

AŞ-ın ölkəmiz haqda Beşinci Rəyi təəssüf doğurur - XİN

Bu şəhər türk dünyasının mədəniyyət paytaxtı oldu

General polkovnikin yerinə onu rəis təyin etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla