Yuxarı

Heyrətamiz və gülməli faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heyrətamiz və gülməli faktlar

* Dirsəyinizi yalamaq mümkün deyil.

* Krevetin (xırda dəniz xərçəngi) ürəyi onun başındadır.

* Asqıranda "Sağlam ol" deyirik. Çünki asqırarkən ürəyimiz saniyənin yüzdə biri müddətinə dayanır.

* Səksən illik tədqiqatlar nəticəsində 200.000 dəvəquşu tədqiq edilib, onların başlarını quma soxması haqda heç kim məlumat verməyib.

* Donuzların fiziki quruluşu onlara imkan vermir ki, səmaya baxsınlar.

* Dünyadakı insanların təxminən 50 faizi heç vaxt nə zəng edib, nə də onlara zəng ediblər.

* Siçanlar və atlar qusa bilmir.

* Möhkəm asqırarkən qabırğanız sına bilər.

* Asqırarkən gözlərinizi açıq saxlamaq istəsəniz, göz alması yerindən çıxa bilər.

* Siçanlar elə sürətlə çoxalır ki, 18 ay müddətində iki siçanın milyon törəməsi ola bilər.

* Qulaqcıqları bir saat qulaqda saxlamaqla bakteriyaların sayını qulağınızda 700 dəfə artırmış olursunuz.

* Alışqan kibritdən əvvəl kəşf olunubmuş.

* Ördəyin qaqqıltısı əks-səda vermir, səbəbini də bilən yoxdur.

* Barmaq izləri kimi dil izləri də müxtəlifdir.

* Dirsəyi yalaya bilməmək haqda məlumatı oxuyanların 75 faizi dirsəyini yalamağa çalışacaq.

* Timsah dilini tərpədə bilmir və çeynəyə bilmir. Onun həzm sistemi elə güclüdür ki, hətta polad mismarı da həzm edə bilir.

* İnsan yemədən bir ay yaşaya bilər, amma susuz yalnız bir həftə yaşayır.

* İsti su soyuq sudan ağırdır.

* Maral ot yeyə bilmir.

* İtlərin görmə qabiliyyəti insanınkından güclüdür.

* Qorillalar sutkada 14 saat yatır.

* Atların cinsini dişlərinə görə təyin etmək olar. Əksər erkək atların 40, dişi atların isə 36 dişi olur.

* 1830-cu illərdə ketçup dərman kimi satılıb.

* "Rhythm" (Ritm) – saiti olmayan ən uzun ingilis sözüdür.

* Hər bir qitədə Roma adlı şəhər var.

* Heyvanlar arasında yalnız akulalar xərçəng xəstəliyinə tutulmur. Alimlər inanır ki, bunun səbəbi onlarda sümüyün olmaması, qığırdağın olması ilə əlaqəlidir.

* Pul kağızdan düzəldilmir, pambıqdan hazırlanır.

* Gün ərzində təzə doğulan körpələrin 12 faizi səhvən öz valideynlərinə verilmir.

* 1386-cı ildə Fransada bir donuz uşağı öldürdüyünə görə camaat tərəfindən asılıb.

* Tarakan başı kəsiləndən sonra bir neçə həftə yaşaya bilər.

* İnsanın omba sümüyü betondan da güclüdür.

* İnsan ürəyi gün ərzində 100.000 dəfə döyünür.

* Sağ əllə yazanlar solaxaylarla müqayisədə 9 il çox yaşayırlar.

* Fillər tullana bilməyən yeganə məməlidir.

* Bədəninizdəki sümüklərin dörddə biri ayağınızdadır.

* Əldəki dırnaqlar ayaqdakı dırnaqlara nisbətən dörd dəfə sürətlə uzanır.

* İkinci Dünya Müharibəsi zamanı metal azlığı səbəbindən Oskar mükafatı taxtadan düzəldilirdi.

* Las Veqas kazinolarında divar saatı yoxdur.

* Qayçını Leonardo da Vinci kəşf edib.

* Soğan soyarkən saqqız çeynəsəniz, gözləriniz yaşarmaz.

* Ginnesin Rekordlar kitabı kitabxanalardan oğurlanan kitablar arasında birincidir.

* Adolf Hitler vegeterian olub. Onun xayası bir dənə idi.

* Kirpinin ürəyi dəqiqədə 300 dəfə döyünür.

* Hər il insanlar ilan sancmasından daha çox, arı sancmasından ölür.

* Qum qasırğasından qorunmaq üçün dəvələrin 3 göz qapağı var.

* Yer Allah adı verilməyən yeganə planetdir.

* İnsan doğulanda 300 sümüyü olur, qocalanda sümüklərin sayı 206-ya düşür.

* Bəzi soxulcanlar yem tapmayanda öz-özünü yeyir.

* Delfinlər bir gözləri açıq halda yatırlar.

* Molyuskaların 4 burnu var.

* Bayquşlar mavi rəngi görə bilən yeganə quşdur.

* Çarlz Osborne adlı bir kişi düz 69 il dalbadal hıçqırıb.

* Zürafə qulaqlarını 21 düym (1 düym 23 millimetrə bərabərdir) uzunluğundakı dili ilə təmizləyir.

* Dəvəquşunun gözü beyinindən böyükdür.

Tərcümə etdi: Sevil Gültən

Tarix
2014.10.24 / 03:30
Müəllif
Axar.az
Digər xəbərlər

Laricani öldürüldü - Katz elan etdi

Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...

Milli Məclisin iclası başladı

Bayramov pakistanlı həmkarı ilə danışdı

Vardanyanın müraciətləri araşdırıldı

Rusiya bu şəxsi Azərbaycana ekstradisiya etdi

PA rəsmisinin Azıx mağarasından paylaşımı - Video

Azərbaycan dünyanın ən güclü tank qüvvələri reytinqində...

İlham Əliyev Tokayevi təbrik etdi

Türkiyə geri çəkiləcək və NATO savaşa girəcək - Özər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla