Yuxarı

Azərbaycanda 5G nə vaxt tətbiq ediləcək? - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 5G nə vaxt tətbiq ediləcək? - Foto

Dünyada 5G şəbəkəsi tətbiq edildiyi zaman “Bakcell” şirkəti də bu xidməti istifadəçilərinə təqdim edəcək.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers deyib. O bildirib ki, 5G şəbəkəsinin tətbiq edilməsi lisenziya və tezliklərlə yanaşı, dünya təcrübəsindən də asılıdır:

“Təbii ki, bu, bir az vaxt aparan prosesdir. Amma ümumi olaraq, biz buna hazırıq. 2019-cu il ərzində 4G şəbəkəsinin genişləndirilməsi və onun inkişafı üzərində işləyəcəyik. Gələn ilin sonuna qədər “Bakcell” Azərbaycan əhalisinin 95 faizini 4G şəbəkəsi ilə əhatə etməyi planlaşdırıb”. Düşünürəm ki, 5G dünyada 2020-ci ildən tez istifadəyə verilməyəcək. Bunun üçün hər şeydən əvvəl bazarda 5G şəbəkəsini dəstəkləyən cihazlar olmalıdır”.

Beckers bildirib ki, dünyada mobil operatorların gəlirlərinin formalaşmasında internet xidmətinin payı artır:

“Bunu nəzərə alan mobil telefon istehsalçıları da internet xidmətlərini daha çox dəstəkləyən proqram həllərinə malik məhsul buraxmağa çalışırlar. Azərbaycanda və dünyanın bir çox yerlərində hələ də səs xidmətləri öz populyarlığını qoruyub saxlayır. Ancaq mobil telekommunikasiya bazarının getdiyi istiqamət onu göstərir ki, getdikcə mobil internet xidmətlərindən daha çox istifadə ediləcək və bu, səs xidmətlərini üstələyəcək”.

Bundan başqa, Nikolai Beckers 2019-cu ildə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirəcəyini bildirib.

Tarix
2018.12.04 / 18:51
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla