Yuxarı

"O ki qaldı Etibar Hüseynovun ictimai nüfuzuna..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"O ki qaldı Etibar Hüseynovun ictimai nüfuzuna..."

Deputat Etibar Hüseynovun Feysbuk səhifəsində İctimai Televiziyanın hava proqnozu buraxılışı ilə bağlı tənqidi fikirlərinə televiziya rəhbərliyi cavab verib.

Axar.az Ucnoqta.az-a istinadən xəbər verir ki, İTV-nin baş direktoru Cəmil Quliyev məsələ ilə bağlı münasibət bildirib.

"Mən İctimai Televiziyanın rəhbəriyəm. Mənim danışığım İctimai televiziyanın mövqeyidir. Hər hansı bir millət vəkili öz fikirlərini və iradlarını bildirə bilər. Biz iradlara açığıq, amma iradlar da real olmalıdır. Mən Etibar Hüseynovun telekanalımızın hava buraxılışı ilə bağlı dediklərini qəbul etmirəm. Bu necə real olmaya bilər ki, həmin məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna və digər mənbələrə istinadən veririlir. Ona görə, televiziyanı tənqid edən millət vəkili iradlarını bildirərkən fikirləşməlidir.

Qaldı ki, Etibar Hüseynovun ictimai nüfuzuna, mən əgər bu kürsüdə oturmasaydım, o zaman onun nüfuzu haqda fikir bildirərdim. Bir daha deyirəm, mənim mövqeyim İctimai Televiziyanın mövqeyidir, İctimai Televiziya isə qərəzli mövqe bildirə bilməz".

Qeyd edək ki, deputat Etibar Hüseynov öz Feysbuk səhifəsində İTV-ni beynəlxalq hava məlumatlarının təqdimi zamanı köhnə və yanlış məlumatları çatdırmaqda ittiham etmişdi.

Tarix
2014.10.26 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla