Yuxarı

Azərbaycan bu antivirusdan imtina edir – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu antivirusdan imtina edir – Səbəb

“Kasperski”dən sonra bütün dövlət qurumlarında mərkəzləşdirilmiş formada yalnız “Trend Micro” antivirusundan istifadə olunacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O bildirib ki, artıq bir neçə ildir Yaponiyanın “Trend Micro” şirkətinin məhsulları ölkəmizdə böyük şirkətlərdə və dövlət qurumlarında tətbiq olunur:

“Bu vaxta qədər bizdə əsasən Rusiyanın “Kasperski” məhsulları üstünlük təşkil edirdi. Artıq cari ildən XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi bütün dövlət qurumlarına “Trend Micro”nun tətbiqi ilə bağlı təlimlər keçməyə başlayıb.

Bir müddət öncə “Kasperski”dən imtina edilməsi ilə bağlı dövlət qurumlarına xəbərdarlıqlar olunmuşdu. Belə qənaətə gəlmək olar ki, “Kasperski”dən sonra bütün dövlət qurumlarında mərkəzləşdirilmiş formada yalnız “Trend Micro” antivirusundan istifadə olunacaq”.

Osman Gündüz “Trend Micro”nun dünyada böyük məlumat bazaların qorunması və kibertəhlükəsizlik sahəsində lider şirkətlərdən biri olduğunu deyib. Onun sözlərinə görə “Trend Micro” başqa bu tip qurumlardan fərqli olaraq yeni nəsil kibertəhlükəsizlik imkanlarına malikdir.

Qeyd edək ki, ötən il "Kasperski Lab"ın adı ABŞ dövlət qurumları üçün informasiya texnologiyaları və rəqəmsal fotoavadanlıq sahəsində xidmətlər təklif edən şirkətlərin siyahısından silinib. "Blomberq" agentliyi "Kasperski Lab" şirkətinin Rusiya kəşfiyyatı ilə əlaqəli olduğuna dair məlumatlar yayıb.

Tarix
2018.12.10 / 17:16
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla