Yuxarı

Başçı qərar verdi, hazırlıq işləri başladı - Meriyadan açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı qərar verdi, hazırlıq işləri başladı - Meriyadan açıqlama

Xəbər verdiyimiz kimi, artıq iki gündür ki, paytaxtın Nərimanov rayonundakı Atatürk prospektində yerləşən eyniadlı parkda təmir-yenidənqurma işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, böyük şəxsiyyət Mustafa Kamal Atatürkün adını daşıyan bu parkdakı şərait və vəziyyət günün tələblərinə uyğun deyildi və heç kimi qane etmirdi. Parkın vəziyyəti ilə bağlı ətraf ərazilərdə yaşayan vətəndaşlardan haqlı narazılıq və iradlar daxil olurdu.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti ilə birgə parkın əsaslı təmiri və yeniqənqurulması ilə bağlı vətəndaşların istək və arzuları nəzərə alınmaqla yeni layihə sənədləri hazırlanması qəqara alınıb. Hazırda parkda təmizlik və yenidənqurmaya hazırlıq işlərinə başlanıb. Yalnız müvəqqəti və qeyri-qanuni fəaliyyət göstərən, günün tələblərinə uyğun olmayan, parkda antisanitariya şəraiti yaradan obyeklər sökülüb, rəsmi mülkiyyət sənədləri olan digər obyeklərin sahiblərinə isə müvafiq yenidənqurmalar aparılması tövsiyə olunub.

Yeni layihə əsasında parkda vətəndaşların istirahəti üçün lazımı şərait yaradılacaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılacaq.

Yenidənqurma işləri bitdikdən sonra park yendiən sakinlərin ixtiyarına veriləcək.

Tarix
2018.12.12 / 15:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla