Yuxarı

Fikrət Məmmədov 2 hakimi cəzalandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə Hüquq Şurasından Axar.az-a verilən məlumata əsasən, iclasda dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatı çərçivəsində insan haqlarının etibarlı təmin edilməsinə xüsusi önəm verildiyi qeyd edilmiş, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq təcrübədən uğurla bəhrələndiyi vurğulanıb.

Bu günlərdə Ali Məhkəmə və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirak edən Avropa Məhkəməsi sədrinin və bir çox Avropa dövlətlərinin yüksək məhkəmə rəhbərlərinin azərbaycanlı hakimlərlə görüşünün və təcrübə mübadiləsinin təşkilinin, habelə, həmin tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan insan hüquqları üzrə ixtisaslaşmış nüfuzlu alimlərin iştirakı ilə hakimlər və dövlət ittihamçıları üçün təlimlər keçirilməsinin əhəmiyyəti bildirilib.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan haqlarının məhkəmə müdafiəsinin daha da təkmilləşdirilməsi, bu sahədə hakimlərin peşəkarlığının artırılması və mövcud problemlərin aradan qaldırılması üzrə qarşıda duran məsələlər diqqətə çatdırılıb.

Tədbirdə həmçinin, hakimlər barədə başlanılmış intizam icraatlarına baxılmış, məhkəmə aktlarının vaxtında tərtib edilməməsinə, icra intizamının digər kobud pozulması hallarına və süründürməçiliyə yol verməklə, tərəflərin hüquq və mənafelərini təmin etmədiyinə görə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hakimi Aqşin Əfəndiyevə töhmət verilmiş, ağır yol nəqliyyat hadisələri ilə əlaqədar cinayət işlərinə baxılarkən məhkəmə təcrübəsinə və cəza siyasətində ardıcıllığa əməl etmədiyinə və qanunvericiliyin tələblərini pozduğuna görə Siyəzən rayon məhkəməsinin hakimi İlqar Quliyevə irad tutulub.

Eyni zamanda iclasda tərəfləri məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırmadığına, məhkəmə qərarlarını tərəflərə vaxtında göndərmədiyinə və digər pozuntulara yol verdiyinə görə 1 hakim barədə intizam icraatı başlanılmış, bəzi kadr məsələlərinə baxılıb.

Tarix
2014.10.28 / 12:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla