Axar.az
Yuxarı

Qoca ilə birlikdə qaçan avtoritet: Peşmanam…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar Xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, kriminal aləmdə nüfuza malik Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Anar Əsgərov son söz verilib.

O, sözü olmadığını deyib və söz deməkdən imtina edib.

Daha sonra digər təqsirləndirilən İsrafil Soltanov özünü qismən təqsirli bildiyini söyləyib:

“Mən əslində nə baş verdiyini bura gələndən sonra bilmişəm. Sadəcə Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil olmağımı, 2 azyaşlı övladımın olmasını nəzərə almağınızı istəyirəm. Bilirəm bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm”.

Tərlan Zeynalov isə özünü cinayəti gizlətməkdə təqsirli bildiyini deyib.

Daha sonra çıxış edən Əli Ağami isə son sözündə peşman olduğunu deyib: “Günahım var, qaçmışam. Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də peşman olmazdım. Sadəcə burda oturan adamlara görə peşmanam”.

Növbəti proses dekabrın 24-də davam edəcək.

Qeyd edək ki, prokuror Ceyhun Səmədova 10 il, Fuad Hacıyevə 8 il 6 ay, Tural Poladxanova 8 il 6 ay, Bəhruz Abdullayevə 10 il, Əli Ağamiyə 20 il, Məhəmməd Hacıyevə 8 il, Günay Atakişiyevaya 7 il, İsrafil Soltanova 8 il, Şahlar Bəyəlizadəyə 8 il, Anar Əsgərova 8 il, Təralan Zeynalova 8 il azadlıqdan məhrumetmə cəzası tələb edib.

Prokuror müğənni Fədayə Laçının isə 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ötən il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən, vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Mühafizə altından qaçan Əli Ağami həbs olunub, Etibar Məmmədov isə əməliyyat zamanı zərərsizləşdirilərək öldürülüb.

Məlum olub ki, kriminal avtoritetlərin qaçmasında müğənni Fədayə Laçın, onun tanışı Günay Atakişiyeva da yaxından köməklik göstəriblər.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həmçinin Pentensiar xidmətin vəzifəli əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

Tarix
2018.12.17 / 12:27
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Düşmənin hərbi texnikası sıradan çıxarıldı - MN

Ermənistandan Qarabağa göndərilən dəstə məhv edildi

Ordumuz Laçın ərazisində yeni mövqelərə doğru irəlilədi - Rəsmi

Ermənilərin törətdikləri qətliamlar - Türkiyə telekanalı

Bu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı

Hərbçilərimizdən korona ilə bağlı çağırış... - Video

Korona gələn ilin yayında bitəcək - Professor

Ermənilər Ordumuzun gülləsi üçün bu cür gəlir – Foto

"Qazprom" qülləsi bayrağımızın rənglərinə boyandı - Video

Ermənilər döyüşdən yayınmaq üçün bu yola əl atır

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla