Yuxarı

Deputat Akif Sayadov həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat Akif Sayadov həbs edildi

Rusiyanın Komi Respublikasının Dövlət Şurasının deputatı Akif Sayadov həbs olunub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İstintaq İdarəsi məlumat yayıb.

Komi parlamentindən bildirilib ki, yerli deputatlar toxunulmazlığa malik olmadığı üçün bu cür həbslər təəccüb doğurmamalıdır.

A.Sayadov bir sıra iqtisadi cinayətlərdə və beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə ittiham olunur. Ümumrusiya Azərbaycanlıları Konqresinin Komi bölməsi ittihamları cəfəngiyat adlandırıb.

Qeyd edək ki, 63 yaşlı A.Sayadov "Uxtaneftqazgeologiya" ASC-nin baş direktorudur. O, Azərbaycanda - Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Neft-Kimya İnstitutunu (indiki Dövlət Neft Akademiyasını) kimyaçı-texnoloq ixtisası üzrə bitirib. 1990-cı ildə "Uxtaneftqazgeologiya" ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2006-cı ilin martında "İntaneft" QSC-nin əvvəlcə baş, sonra isə icraedici direktoru təyin edilib. 2008-ci ilin yanvar-may aylarında "Geotex Menecment" holdinqdə biznesin inkişafı üzrə direktor işlədikdən sonra yenidən "Uxtaneftqazgeologiya" ASC-yə qayıdıb. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib. Hakim "Vahid Rusiya" fraksiyasının üzvüdür.

Tarix
2014.10.29 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla